Macarıstan vergilərin azaldılması planını açıqlayıb
2019.06.21 19:03 (UTC+04:00)
Macarıstan Maliyyə Nazirliyi iqtisadi artım planı çərçivəsində vergilərin azaldılması ilə bağlı ictimaiyyəti maraqlandıran təfərrüatları açıqlayıb. Hökumətin qəbul etdiyi iqtisadiyyatın qorunması üzrə tədbirlər planına vergi siyasəti ilə bağlı müddəalar da daxildir:
- Bu il iyulun 1-dən sosial sığorta haqqının 19,5 faizdən 17,5 faizə endirilməsi;
- 2020-ci il yanvarın 1-dən kiçik müəssisələr üçün mənfəət vergisinin 13 faizdən 12 faizə endirilməsi;
- Sahibkarlar üçün sadələşdirilmiş verginin ləğv edilməsi; pensiya, sağlamlıq və işsizlikdən sığorta haqlarının vahid yığım kimi birləşdirilməsi;
- İllik dövriyyəsi 100 milyon forintdən (343.310 ABŞ dolları) artıq olan şirkətlərə tətbiq edilən korporativ vergi üzrə avans ödənişlərinin ləğv olunması;
- Reklamlara vergi tətbiqinin 2022-ci ilin sonuna qədər təxirə salınması;
- Turistlərin yeləşdirilməsi xidmətləri üçün ƏDV-nin dərəcəsinin 15 faizdən 8 faizə salınması və s.