Vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərarın qəbul edilməsi

2023.10.19 11:51 (UTC+04:00)

Bu xidmət vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərarın qəbul edilməsini əhatə edir.

Xidmətdən istifadə etmək üçün vergi ödəyiciləri ərizə, qərarın qəbul edilməsi tələb edilən vergi tutulan əməliyyata aid sənədlər, vergi tutulan əməliyyat üzrə vergi öhdəliklərinin və vergi qanunvericiliyinin tətbiq edilməsinin doğuracağı hüquqi nəticələrə dair qeydlər, qərarın qəbulu üçün zəruri hesab edilən digər məlumatlar və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlə (ərizəyə və sənədlərə baxıldıqdan sonra vergi orqanı tərəfindən edilmiş yazılı və ya şifahi məlumatdan sonra) birgə ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə və ya qeydiyyatda olduğu vergi orqanlarının xidmət strukturlarına müraciət edə bilərlər.

Xidmət qismən elektronlaşdırılıb və vergi ödəyiciləri gücləndirilmiş elektron imzadan istifadə etməklə İnternet Vergi İdarəsi üzərindən (www.e-taxes.gov.az) Dövlət Vergi Xidmətinə elektron müraciət edə bilərlər. Bu halda vergi ödəyicisinə vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərar göndərilir.

Ətraflı məlumat üçün:

https://www.taxes.gov.az/az/page/vs2023
https://login.e-taxes.gov.az/login/
https://www.taxes.gov.az/az/page/elaqe