Kommersiya qurumunun və publik hüquqi şəxsin dövlət reyestrindən çıxarılması

2023.10.20 16:14 (UTC+04:00)

Bu xidmət yerli və xarici investisiyalı kommersiya hüquqi şəxsinin, xarici kommersiya hüquqi şəxsinin filial və nümayəndəliyinin, publik hüquqi şəxsin dövlət reyestrindən çıxarılmasını əhatə edir.

Kommersiya qurumunun və publik hüquqi şəxsin dövlət reyestrindən çıxarılması haqqında qərar qəbul edilir və bu barədə müraciət etmiş şəxslərə məlumat verilir. Xidmətdən istifadə etmək üçün ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR DVX-nin Kommersiya və publik hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsinə, Milli Gəlirlər Baş idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə, Ərazi Vergilər Baş İdarələrinin və Ərazi Vergilər İdarələrinin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələrinə müraciət edə bilərsiniz.

Əlaqə üçün: https://www.taxes.gov.az/az/page/elaqe