Xarici dövlətin rezidentinin Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölməsinin uçot məlumatlarının dəyişdirilməsi

2023.10.10 11:10 (UTC+04:00)

Bu xidmət xarici dövlətin rezidentinin Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölməsinin uçot məlumatlarının dəyişdirilməsini əhatə edir. Xidmət çərçivəsində müraciətçiyə xarici dövlətin rezidentinin AR-da daimi nümayəndəlik yaratmayan bölməsinin uçot məlumatlarının dəyişdirilməsi haqqında bildiriş verilir.

Xidmətdən istifadə etmək üçün vergi ödəyiciləri ərizə və xarici dövlətin rezidentinin AR-da daimi nümayəndəlik yaratmayan bölməsinin vergi uçotuna alınması zamanı təqdim edilmiş sənədlərdə məlumat dəyişikliyini təsdiq edən sənədlər, xarici dövlətin rezidentinin vergi uçotu haqqında şəhadətnamə, ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda və ya səlahiyyətli şəxs tərəfindən müraciət olunduqda etibarnamə, səlahiyyətli şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti ilə birgə ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri, Milli Gəlirlər Baş İdarəsi (yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələrinə müraciət edə bilərlər.

Xidmət əlaqə məlumatlarının və fəaliyyət növlərinin dəyişdirilməsi üzrə tam elektronlaşıb.

Əlaqə üçün:
https://www.taxes.gov.az/az/page/elaqe
https://www.taxes.gov.az/az/page/vs2023