Bu ilin yanvar-sentyabr aylarında əsas kapitala yönəldilmiş investisiyaların real artım tempi ötən ilin eyni dövrünə nisbətən 21,3% olub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında bu haqda paylaşım edib.
"Bu müddətdə məhsul istehsalı və xidmət sahələrinə yönəldilmiş investisiyaların həcmi müvafiq olaraq 20,8% və 27,4% artıb", - nazir bildirib.