Bu xidmət vergi orqanları tərəfindən vergi ödəyicilərinin nəzarət-kassa aparatlarının (NKA) qeydiyyata alınmasını əhatə edir.
Xidmətdən istifadə etmək üçün vergi ödəyiciləri gücləndirilmiş elektron imza əldə edərək NKA-nın qeydiyyata alınması haqqında müvafiq ərizə, e-kassa istifadəçisi ilə e-kassa operatoru arasında bağlanmış müqavilənin PDF formatı, e-kassanın təsərrüfat subyektində (obyektində) quraşdırılması üçün onun nəzarət mexanizmi qurğusuna göndərilmiş sertifikat faylının yazılması barədə aktla birgə e-kassa.gov.az saytı vasitəsilə müraciət edə bilərlər.
Xidmət nəticəsində müraciət edən vergi ödəyicilərinə nəzarət kassa aparatının qeydiyyata alınması barədə qeydiyyat vərəqəsi verilir. E-kassanın istifadəçisi aktı gücləndirilmiş elektron imza ilə təsdiq etdikdən sonra bu vərəqə e-kassa istifadəçisinin elektron kabinetinə göndərilir. Xidmət tam elektronlaşdırılıb.
Ətraflı məlumat üçün:
https://e-kassa.gov.az/
https://www.taxes.gov.az/az/page/vs2023
https://login.e-taxes.gov.az/login/