Bu ilin sentyabr ayında bankların kredit portfeli 2,1 faiz və ya 467,7 milyon manat artaraq 22 281,9 milyon manata çatıb.
“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən xəbər verir ki, kredit portfelinin strukturunda biznes kreditlərin payı 54,2 faiz (12 078,7 milyon manat), istehlak kreditlərin payı 30 faiz (6 680,1 milyon manat), ipoteka kreditlərin payı isə 15,8 faiz (3 523,1 milyon manat) təşkil edib.
Ay ərzində biznes kreditləri mütləq ifadədə 256,9 milyon manat, istehlak kreditləri 147,6 milyon manat, ipoteka kreditləri isə 63,2 milyon manat artıb.