2023-cü ilin yanvar-sentyabr aylarında sənaye zonalarında fəaliyyət göstərən müəssisələr tərəfindən məhsul istehsalı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 7% artaraq 2,3 milyard manata çatıb və bunun 31,2%-i ixrac edilib.
Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat paylaşıb.
"İndiyədək sənaye zonalarında 11,1 milyard manatlıq məhsul istehsal edilib və bunun təqribən 32,4 %-i ixracın payına düşür", - nazir əlavə edib.