"İqtisadi zona" proqramının növbəti buraxılışı VİDEO

2023.10.23 15:08 (UTC+04:00)

- Bu il ipoteka kreditləşməsi üçün müraciətlərin həcmi 1,5 milyard manatı ötdü.

- Paytaxtda yeni söküntü planları əmlak bazarında hansı proseslərə səbəb olacaq?

- Ödənişli avtomobil yolunda qiymətlər açıqlandı. 129 kilometri daha rahat və sürətli getmək neçəyə başa gələcək?

Bu il ipoteka kreditləşməsi üçün İpoteka Kredit və Zəmanət Fonduna müraciətlərin həcmi 1,5 milyard manatdan çox olub və mənzil sahibi olanların böyük əksəriyyəti gənc ailələrdir. Mövzu ilə bağlı Günel Bəhramqızının suallarını cavablandıran Fondun İpoteka Kreditləşməsi üzrə direktoru İlham Kələşov bu sahədə gözlənilən yenilikləri də açıqlayıb.

Bu və digər xəbərlərlə "İqtisadiyyat Nazirliyi" yanında Dövlət Vergi Xidmətinin ATV kanalı ilə birgə layihəsi olan "İqtisadi zona" proqramının 22 oktyabr 2023-cü il tarixli buraxılışında tanış ola bilərsiniz.