Şəkərli qənnadı məmulatları istehsalı artıb

2023.10.23 10:14 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr aylarında ölkədə 9211,1 ton şəkərli qənnadı məmulatları istehsal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini 13,2 faiz və ya 1215,8 ton üstələyir.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin avqust ayı ilə müqayisədə sentyabrda istehsal həcmində 3,1 faiz və ya 21 ton artım qeydə alınıb. Sentyabr ayında 707,1 ton şəkərli qənnadı məmulatları istehsal olunub. Oktyabr ayının 1-nə hazır məhsul ehtiyatı isə 110,4 ton təşkil edib.