“Ölkələrimiz nəqliyyat sahəsində fəal əməkdaşlıq edirlər. Bildiyiniz kimi, MDB-nin Bişkek sammiti çərçivəsində Vladimir Putinlə danışıqlar zamanı İlham Əliyev Moskva ilə Bakı arasında qarşılıqlı fəaliyyətin prioritet istiqamətləri sırasında nəqliyyat sektorunda əməkdaşlığı xüsusilə qeyd etdi”, - ekspert bildirib.
Neyjmakovun sözlərinə görə, ilk növbədə, bu kontekstdə, əlbəttə ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi müzakirə olunur ki, bu da xüsusilə Rusiya Federasiyasının regionlarının infrastrukturunun inkişafı üçün stimul verir. Bu, ilk növbədə, Rusiyanın Şimali Qafqaz, Cənubi və Volqa federal dairələrinə aiddir: "Bundan əlavə, hazırda Samara vilayətində bu dəhliz çərçivəsində federal liman və logistika qovşağının yaradılması layihəsi müzakirə olunur. İnfrastrukturun inkişafının Rusiyada 2024-cü il prezidentlik kampaniyasının mühüm mövzularından birinə çevriləcəyini nəzərə alaraq, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin perspektivlərinə həm rəsmilər, həm də mətbuat tərəfindən diqqət arta bilər. Yeri gəlmişkən, Azərbaycan və Rusiya prezidentləri arasında aparılan danışıqlar zamanı iki ölkənin regionlarının ikitərəfli iqtisadi münasibətlərə cəlb edilməsi də qeyd olunub”, - ekspert deyib.
Ekspertin fikrincə, ölkələrimiz nəqliyyat sektoru ilə yanaşı, bir çox sahələrdə də əməkdaşlığı genişləndirə bilərlər: “Moskva və Bakının enerji sektoru ilə bağlı beynəlxalq layihələrdə iştirak perspektivlərinin müzakirəsini də qeyd etmək olar. Məsələn, bu yaxınlarda Rusiya Baş nazirinin müavini Aleksandr Novak Azərbaycanın Türkiyədə qaz qovşağının yaradılmasında iştirakını istisna etməyib və bütövlükdə bu layihə Moskva və Ankara tərəfindən prezidentlər səviyyəsində mütəmadi olaraq müzakirə edilib”.
Tamilla MƏMMƏDOVA