Milli Məclisin oktyabrın 20-də keçirilən plenar iclasında “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Layihəni Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.
Plenar iclasda millət vəkilləri, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinin nümayəndəsi iştirak edib.
İclasda millət vəkilləri tərəfindən “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsinə dair fikirlər səsləndirilib.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib.