İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye zonalarının rezidentləri 3-cü Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” - “Rebuild Karabakh” sərgisində iştirak edirlər.
Belə ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti “Holcim (Azərbaycan)” ASC, Sumqayıt Kimya Sənaye Parkının rezidentləri “STP” MMC, “Assan-STP Panel” MMC, “Azertexnolayn” MMC, Hacıqabul Sənaye Məhəlləsinin rezidenti “Azərmaş - Park” MMC öz stendləri ilə təmsil olunurlar. Sözügedən rezidentlərin stendlərində istehsal olunan məhsullara dair nümunələr sərgi iştirakçılarına nümayiş etdirilir.