2003-2022-ci illər ərzində sahibkarlara 2,83 milyard manat güzəştli kredit verilib

2023.10.20 15:02 (UTC+04:00)

2003-2022-ci illər ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlıq subyektlərinin 42703 investisiya layihəsinin maliyyələşdirilməsinə 2,83 milyard manat güzəştli kredit verilib.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetində dərc edilmiş “Azərbaycan: güclü iqtisadi potensialı olan qalib dövlət” məqaləsində bildirilir.

Nazirin sözlərinə görə, maliyyələşdirilmiş layihələr hesabına 178 mindən çox yeni iş yerinin açılması imkanı yaranıb.

“Bakı və Abşeron iqtisadi rayonu istisna olmaqla, ayrılmış güzəştli kreditlərin 62,2 faizi (1,76 milyard manat) regionların payına düşür. Kreditlərin 50,7 faizi kənd təsərrüfatı məhsullarının istehsalına, 49,3 faizi isə müxtəlif növ sənaye məhsullarının istehsalı, emalı, o cümlədən aqrar məhsulların emalı və digər sahələrin inkişafına yönləndirilib”, - M.Cabbarov qeyd edib.