Düz 3 il bundan öncə Zəngilan şəhəri öz azadlığına qovuşub. Onun azad edildiyi tarix artıq şəhər günü kimi qeyd edilir.
Şərqi Zəngəzur 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin məlumatına görə, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində öz əsrarəngiz təbiəti ilə seçilən Zəngilan şəhəri bu gün tamamilə yenidən qurulur. Təqdim olunan videoda bu şəhərin gələcək mənzərəsi əks olunur.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, 20 oktyabr – Zəngilan şəhəri günü kimi qeyd olunur.