Macarıstanın Rəqabət Qurumu ilə əməkdaşlıq imkanları nəzərdən keçirilib

2023.10.19 17:34 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Beynəlxalq Rəqabət Şəbəkəsinin İspaniya Krallığında keçirilən illik iclası çərçivəsində Macarıstanın Rəqabət Qurumunun prezidenti Csaba Balazs Riqo ilə görüşüb.

“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı xəbər verir ki, bu barədə Xidmət rəisi sosial şəbəkə hesabında yazıb.

Bildirilib ki, görüşdə iqtisadiyyatda rəqabəti təşviq etmək, rəqabət qanunvericiliyi və siyasətini inkişaf etdirmək məqsədilə iki qurum arasında mümkün əməkdaşlıq imkanları nəzərdən keçirilib.

“Yaxın gələcəkdə bu istiqamətlər üzrə saziş layihəsinin imzalanması məsələsi müzakirə olunub”, - M.Abbasbəyli əlavə edib.