Sahibkarlar İƏT Biznes Forumuna dəvət olunurlar

2023.10.19 17:17 (UTC+04:00)

Noyabrın 8-də Özbəkistanın Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə Daşkənd şəhərində "Kiçik və orta biznes – İƏT ölkələrində iqtisadi inkişafın və tərəqqinin drayveri" mövzusunda 5-ci İƏT Biznes Forumu keçiriləcək.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, Azərbaycan sahibkarları sözügedən Forumda iştirak etməyə dəvət olunurlar.

Tədbirdə Özbəkistan hökuməti və İƏT-in rəsmiləri, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan və İranın ticarət və sənaye palatalarının rəhbərlərinin çıxışları nəzərdə tutulub. Bununla yanaşı, biznes forum çərçivəsində sahibkarlar arasında B2B görüşlər təşkil olunacaq.

Forumda iştirak etmək istəyən sahibkarlar AZPROMO-ya müraciət edə bilərlər.

Əlaqə:Gülxas Nəsirova

Tel: (+994 12) 598 01 47 (daxili - 3644)

E-mail: [email protected]