"026 22" - Xankəndi ilə əlaqə imkanı

2023.10.19 14:37 (UTC+04:00)

32 ildən sonra Bakıdan Xankəndiyə ilk telefon zəngi edilib.

“Aztelekom” MMC-nin məlumatına görə, artıq ölkənin digər şəhər və rayonlarından "026 22" kodunu yığmaqla Xankəndi ilə əlaqə saxlamaq mümkün olacaq.

Beynəlxalq danışıqlar zamanı isə "+994 26 22X XX XX" yığım formatı tətbiq ediləcək.