1-3 noyabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində "TransLogistica Uzbekistan 2023" nəqliyyat və logistika sərgisi keçiriləcək.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı xəbər verir ki, ölkəmizi sərgidə “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan "ADY Express" təmsil edəcək. "ADY Express" sərgidə yüklərin nəqli və logistika sahəsindəki xidmətlərini təqdim edəcək.
Qeyd edək ki, "TransLogistica Uzbekistan" nəqliyyat və logistika sərgisi logistika sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətləri və ekspertləri birləşdirən mühüm tədbirlərdən biri sayılır.