Doqquz ayda Naxçıvan şəhəri üzrə 1277 mülkiyyət sənədi qeydiyyata alınıb

2023.10.18 17:47 (UTC+04:00)

Yanvar-sentyabr ayları ərzində Naxçıvan şəhərində mülkiyyət sənədlərinin hazırlanması üçün daxil olan 1277 müraciət qeydə alınaraq icra edilib.

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin məlumatına görə, mülkiyyət sənədlərinin sayında 85 faiz artım qeydə alınıb.

Müraciətlərə əsasən, ümumilikdə, 826 daşınmaz əmlak obyektinin texniki pasportu vətəndaşlara təqdim edilib ki, bunlardan 573-ü fərdi yaşayış evinə, 228-i mənzilə, 20-si qeyri-yaşayış sahəsinə, 5-i qeyri-yaşayış binasına məxsus olub. Həmçinin, 451 torpaq sahəsinə dair plan və ölçü hazırlanıb, 159 bölgü planı, 119 müayinə aktı tərtib olunaraq arxiv sənədlərinə əlavə edilib.

Bu dövr ərzində qiymətləndirilməsi icra edilən 14 əmlaka dair hesabatlar hazırlanıb. Bələdiyyələrdən daxil olan müraciət əsasında 95 torpaq sahəsinə dair rəy və plan-sxemlər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. 11 vətəndaşın şifahi müraciəti əsasında əmlaklara yerində baxış keçirilib, qanunvericilikdə nəzərdə tutulan tələblər vətəndaşlara izah olunub.