İşğaldan azad edilmiş ərazilərdə dövlət torpaq kadastr uçotu işləri davam etdirilir

2023.10.18 16:10 (UTC+04:00)

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində işğaldan azad edilmiş ərazilərdə dövlət torpaq kadastr uçotu işləri davam etdirilir”.

İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında yazıb ki, yerquruluşu işləri çərçivəsində indiyədək 718.406,5 ha ərazidə çöl ölçmə işləri aparılıb.

Nazir əlavə edib ki, Zəngilan (70.860 ha), Qubadlı (79.876 ha), Kəlbəcər (195.406 ha), Cəbrayıl (104.936,5 ha) və Laçın (177.417 ha) rayonları üzrə işlər yekunlaşdırılaraq müvafiq kadastr sisteminə miqrasiya olunub, Füzuli (45.636 ha) və Ağdam (44.275 ha) rayonları üzrə isə işlər davam etdirilir.