Dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar artıb

2023.10.18 14:06 (UTC+04:00)

2023-cü ilin yanvar-sentyabr ayları ərzində daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 24,4 milyon manat daxil olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 24% çoxdur.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında məlumat verib.