AZPROMO və AIM Qlobal Fondu arasında memorandum imzalanıb

2023.10.18 16:06 (UTC+04:00)

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən 8-ci Ümumdünya İnvestisiya Forumu (WIF 2023) çərçivəsində AIM Qlobal Fondu ilə Anlaşma Memorandumu imzalayıb.

Agentlikdən verilən məlumata görə, innovasiyalar və texnologiya sektorunun inkişafında mühüm rol oynayan yüksək səviyyəli tərəfdaşlıq əlaqələrinin genişləndirilməsinə xidmət edəcək memorandumu AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirov və AIM Qlobal Fondunun prezidenti Davud Əl Şezavi imzalayıblar.

Saziş, həmçinin, 2024-cü ilin may ayında keçirilməsi planlaşdırılan və Fondun təşəbbüsü olan İllik İnvestisiya Toplantısı (Annual Investment Meeting – AIM) çərçivəsində innovasiyalar və texnologiya sektoruna investisiyaların təşviqi üzrə tərəfdaşlığı nəzərdə tutur.