Mebel istehsalı 27 faizdən çox artıb

2023.10.18 16:49 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr aylarında ölkədə 199,5 milyon manat dəyərində mebel istehsal edilib.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, bir il öncəki müvafiq göstəricini 27,5 faiz və ya 43,1 milyon manat üstələyir.

Cari ilin avqust ayı ilə müqayisədə isə sentyabrda istehsal dəyərində 0,4 faiz və ya 100 min manat azalma qeydə alınıb. Sentyabr ayında 26,9 milyon manat dəyərində mebel istehsal olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən isə cari ilin ilk 9 ayında ölkəyə 98,75 milyon ABŞ dolları dəyərində mebel və onun hissələri idxal olunub ki, bu da 2022-ci ilin eyni dövrünün göstəricisini 22,3 faiz və ya 18 milyon dollar üstələyir.

Cari ilin avqust ayı ilə müqayisədə sentyabrda sözügedən məhsulların idxalı dəyər ifadəsində 36,7 faiz və ya 4,87 milyon dollar azalıb. Sentyabrda ölkəyə 9,6 milyon dollar dəyərində mebel məhsulları idxal olunub.

Qeyd edək ki, cari ilin ilk 9 ayında bu kateqoriyadan olan məhsulların idxalda xüsusi çəkisi 0,78 faizə bərabər olub.