Nar ixracına dair rəqəmlər açıqlanıb

2023.10.18 11:14 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr ayları ərzində ölkədən 10,32 milyon ABŞ dolları dəyərində 8 min tondan çox nar ixrac olunub.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2022-ci ilin eyni göstəricilərini dəyər olaraq 2,7 dəfə, həcm olaraq isə 3,4 dəfə üstələyir.

Qeyd edək ki, 2023-cü ilin ilk 9 ayında narın ümumi ixracda xüsusi çəkisi 0,4 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0,42 faizə bərabər olub.