Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti orta məktəb şagirdləri üçün “Açıq qapı günü” təşkil edib. Görüş Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ərəfəsində vergi ödəyicilərinin və vətəndaşların istifadəsinə verilmiş Naxçıvan şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində keçirilib. Şagirdlərdə vergi biliklərinin formalaşdırılması məqsədilə vergi anlayışı, vergilərin mahiyyəti və növləri haqqında məlumatlar verilib, onlar Mərkəzin işi ilə yaxından tanış ediliblər.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb, şagirdlərə hədiyyələr təqdim olunub.