Arıçılıq məhsullarının 23-cü respublika sərgi-satış yarmarkasında fermerlər tərəfindən ən çox çiçək və cökə balı satışa çıxarılıb.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, Azərbaycanın bütün iqtisadi rayonlarını təmsil edən 250 arıçı tərəfindən satışa ümumilikdə 57,6 ton çiçək və 20,5 ton cökə balı gətirilib. Çiçək və cökə balları yarmarka dövründə satışa təqdim olunan arıçılıq məhsullarının 80 faizini təşkil edir.
Bundan başqa, arıçı fermerlər satışa 2,9 ton qaratikan balı, 2,7 ton may balı, 3,6 ton meşə balı, 705 kq dağ balı, 120 kq biyan balı çıxarıblar.
Ümumilikdə yarmarkaya 95 tondan çox arıçılıq məhsulları çıxarılıb. Satışa çıxarılan məhsulların 3 tona qədəri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşür.
Qeyd edək ki, arıçılıq məhsullarının 23-cü respublika sərgi-satış yarmarkası oktyabrın 22-dək davam edəcək.