Dövlət Xidmətinə 195-1 Çağrı Mərkəzi vasitəsilə 8441 müraciət daxil olub

2023.10.17 10:49 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə 195-1 Çağrı Mərkəzi vasitəsilə 8441 müraciət daxil olub.

Dövlət Xidmətinin məlumatına görə, daxil olan müraciətlərdən 8206-sı cavablandırılıb.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi və qurumlarına 195-1 qaynar xətti vasitəsilə ölkənin istənilən regionundan birbaşa zəng etmək olar. Çağrı Mərkəzi tərəfindən göstərilən xidmətlər ödənişsizdir.