İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Rusiya Federasiyasının Texniki Tənzimləmə və Metrologiya üzrə Federal Agentliyinin (Rosstandart) Baş icraçı direktoru Anton Şalayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xidmət rəisi bu barədə "X" sosial şəbəkəsindəki hesabında yazıb.
M.Abbasbəyli görüşdə yeni standartların Azərbaycanda bilavasitə tətbiqi məqsədilə Rusiyanın Standartlar üzrə Federal İnformasiya Fondunda saxlanılan 39123 sənədə çıxışın təmin olunması barədə razılıq əldə olunduğunu bildirib.