İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, ödəmə mənbəyində verginin tutulması vaxtı və qaydası Vergi Məcəlləsinin 150-ci maddəsi ilə tənzimlənir.
Vergi Məcəlləsinin 150.1-ci maddəsində göstərilən şəxslər verginin tutulması və büdcəyə köçürülməsi üçün cavabdehdirlər. Vergi məbləği tutulmursa və ya tutulmuş vergi büdcəyə köçürülmürsə, bu halda gəliri ödəyən hüquqi şəxslər və sahibkarlar tutulmamış və ya köçürülməmiş verginin məbləğini, həmçinin müvafiq faiz və sanksiyaları büdcəyə ödəməyə borcludurlar.
Sorğuda qeyd olunan xərcin təyinatı haqda məlumat verilmədiyi üçün ödəmə mənbəyində vergiyə cəlb olunub-olunmaması haqda məlumatın verilməsi imkan xaricindədir. Bundan əlavə, fəaliyyətinizlə bağlı vergitutma aspektlərinin ətraflı cavablandırılmasının təmin olunması məqsədilə əməliyyatın xarakteri tam açıqlanmaqla müvafiq təsdiqedici sənədlərlə qeydiyyatda olduğunuz vergi orqanına müraciət edə bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 150-ci maddəsi