Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qaz ixracı 9 faiz artaraq 17,8 milyard kubmetr təşkil edib.
Energetika Nazirliyinin məlumatına görə, ixracın 48 faizi (8,6 milyard kubmetri) Avropanın, 42 faizi (7,5 milyard kubmetri) Türkiyənin, 10 faizi (1,7 milyard kubmetri) isə Gürcüstanın payına düşüb.
Hesabat dövründə TANAP Türkiyəni 4,3 milyard kubmetr qazla təchiz edib.