Bu ilin yanvar-sentyabr ayları ərzində idxal yüklərinin nəqli 919 564 ton təşkil edib ki, bu da 2022-ci ilin eyni dövrünə nisbətdə 30,5 faiz çoxdur.
“ADY Express” MMC-nin məlumatına görə, idxal yüklərinin sırasında şəkər, taxta və taxta məmulatları, benzin və texniki yağlar çoxluq təşkil edib.
Hesabat dövründə 623 199 ton ixrac yükləri daşınıb ki, bu da ötən ilin eyni dövrünün göstəricisini 25,79 faiz üstələyir. Nəql olunan ixrac yönümlü yüklər sırasında klinker, qazoyl, gil və tikinti materialları üstünlük təşkil edir.