Vergi ödəyiciləri elektron kabinetə gücləndirilmiş elektron imza vasitələrilə daxil ola biləcəklər VİDEO

2023.10.16 09:56 (UTC+04:00)

2024-cü il yanvar ayının 1-dən etibarən vergi ödəyicilərinin vergi orqanı tərəfindən verilmiş kod-paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq imkanları məhdudlaşdırılacaq. Vergi ödəyiciləri yalnız gücləndirilmiş elektron imza vasitələrindən istifadə etməklə bu imkandan yararlana biləcəklər.