"İqtisadi zona" proqramının 16 iyun 2019-cu il tarixli buraxılışı Video

2019.06.20 18:19 (UTC+04:00)

ATV ilə Vergilər Nazirliyinin birgə layihəsi olan "İqtisadi zona" proqramının növbəti buraxılışında kirayə mənzillərin ipoteka ilə verilməsi şərtləri, problemli kreditlərə görə adları "qara siyahı"ya salınmış vətəndaşların yenidən kredit almaq imkanları, bir sıra istixana və şadlıq evlərində əmək münasibətlərinin rəsmiləşdirilməsinə laqeyd münasibət, vergi nəzarətinin gücləndirilməsi, vergi orqanlarında korrupsiyaya qarşı mübarizə tədbirləri barədə süjetlər nümayiş etdirilib.

Proqramın qonağı – Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev kredit faizlərinin yüksək olmasının səbəbləri, eləcə də bank sektoruna aid digər aktual məsələlərlə bağlı suallara aydınlıq gətirib.