Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir

2023.10.13 11:38 (UTC+04:00)

Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilir.

Qırğız Respublikasının Prezidenti Sadır Japarov iclasda iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

Dövlət başçıları birgə foto çəkdiriblər. (AZƏRTAC)