Qaydalara əsasən, müəyyən edilmiş ehtiyaclar əsasında könüllülərin cəlb olunması üçün mətbu orqanlarda və internet resurslarında elanlar yerləşdirilməlidir. Daxil olan müraciətlərin baxılması və könüllülərin seçilməsi nazirliyin müvafiq struktur vahidləri tərəfindən həyata keçiriləcək. Seçilən könüllülər fəaliyyətə başlamazdan əvvəl Vergilər Nazirliyinin Tədris Mərkəzində təşkil edilən ümumi təlimlərə cəlb olunacaqlar. Təlimlər vergi orqanının funksiyaları, vergi orqanlarında etik davranış, daxili nizam-intizam, informasiya təhlükəsizliyi qaydaları və könüllü fəaliyyətin məqsədi və motivasiya mövzularını əhatə edəcək. Təlimi uğurla başa vuran və fəaliyyətə başlamalı olan könüllü ilə 2 aylıq müqavilə bağlanacaq. Könüllü səyyar xidmətlərin yerinə yetirilməsinə cəlb edildikdə və ya müvafiq struktur vahidin müəyyən etdiyi istisna hallarda müqavilə 2 aydan az müddətə bağlanıla bilər. Bundan sonra ona könüllülük nişanı veriləcək.
Qaydalara əsasən, qiymətləndirmənin yekununda yüksək nəticə göstərən (1-ci və 2-ci dərəcəli sertifikat alan) könüllülərlə bağlanmış müqavilə 2 ay müddətinə uzadıla bilər. Müqaviləyə hər hansı bir tərəfin təşəbbüsü ilə bir həftə əvvəlcədən məlumat vеrilməklə хitam vеrilə bilər.
Könüllü fəaliyyətin koordinatoru aşağıdakı hüquqlara malikdir:
Qeyd edək ki, könüllü fəaliyyətinin koordinatoru mərkəzlərdə könüllü ehtiyacı haqqında məlumat almalı, şəxslərin nazirliyə könüllü əsaslarla cəlb olunması üçün elanlar hazırlamalı, ali təhsil müəssisələrində və əmək yarmarkalarında təqdimatlar etməli, müsahibədən müvəffəqiyyətlə keçən könüllülərlə müqavilə bağlanılması üçün tədbirlər görməlidir. Eyni zamanda, Vergilər Nazirliyinin insan resursları sahəsi üzrə funksional nəzarəti həyata keçirən struktur vahidi ilə birgə ehtiyat könüllü bazasını formalaşdırmalıdır.
Qaydalarda könüllülərin fəaliyyətinin qiymətləndirilməsi də əksini tapıb. Könüllü sonuncu iş həftəsində mərkəzin məsul şəxsi tərəfindən qiymətləndirilir və qiymətləndirmə anketləri vergi orqanının vergi ödəyicilərinə xidmət strukturunun rəhbəri tərəfindən müvafiq struktur vahidə və insan resursları sahəsi üzrə funksional nəzarəti həyata keçirən struktur vahidində məlumat üçün təqdim olunur. Könüllülərin qiymətləndirilməsində intizamlılıq, xidmətə münasibət, emosionallıq, detallara fikir vermək, vergi orqanının əməkdaşlarına və digər könüllülərlə münasibət, nazirlik haqqında məlumatlılıq, təşkilatçılıq, təşəbbüskarlıq və təmsilçilik, səbrlilik kimi meyarlar əsas götürüləcək.
Qaydalara görə, könüllülərin qiymətləndirməsi aparılacaq. Qiymətləndirmənin nəticəsinə əsasən, onlara 1-ci, 2-ci və 3-cü dərəcəli sertifikatlar veriləcək.