Belarus “Şimal-Cənub” dəhlizi ilə İrana yükdaşımalar üçün üç sxem hazırlayıb

2023.10.12 16:35 (UTC+04:00)

Belarusun Nəqliyyat və Kommunikasiya Nazirliyi “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə yük konteynerlərinin İrana çatdırılması üçün üç marşrut hazırlayıb.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı xəbər verir ki, bu barədə Belarus mətbuatı nazir Aleksey Lyaxnoviçə istinadən yazır.

O əlavə edib ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin infrastrukturundan istifadə etməklə Belarus ixrac yüklərinin daşınması üçün logistikanın qurulması istiqamətində davamlı iş aparılır.