Ölkə əhalisinə 8,1 milyard manatlıq ödənişli xidmət göstərilib

2023.10.12 15:51 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr aylarında ölkə üzrə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15,3 faiz artaraq 8 107,9 milyon manat olub.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 6 141,8 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,8 faizini təşkil edib.

Cari ilin yanvar-sentyabr aylarında hər bir ölkə sakini orta hesabla 799,0 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 238,1 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.