Kənd təsərrüfatı məhsullarının istehsalı 3 faiz artıb

2023.10.12 14:36 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 9 996,9 milyon manat təşkil edib ki, onun da 4 539,6 milyon manatı heyvandarlıq, 5457,3 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 3 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,5 faiz, bitkiçilik məhsulları üzrə isə 2,5 faiz artıb.