BTC kəməri ilə neft nəqli 4,5 faiz artıb

2023.10.12 13:10 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr ayları ərzində magistral neft kəmərləri ilə 29 787,7 min ton neft nəql edilib.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, nəqletmənin 76,1 faizi Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin ilk 9 ayı ərzində bu kəmər vasitəsilə 22 665,1 min ton neft ötürülüb ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 4,5 faiz çoxdur.

Dövr ərzində BTC kəməri ilə nəql edilən neftin 83,1 faizini və ya 18 844,8 min tonunu Azərbaycanda hasil edilən neft, 16,9 faizini və ya 3 820,3 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.