Arıçılığın inkişafı layihəsinə güzəştli kredit ayrılıb

2023.10.11 16:15 (UTC+04:00)

Sahibkar Lətif Lətifov arıçılığın inkişafı layihəsi üzrə Sahibkarlığın İnkişafı Fondundan 85 min manat güzəştli kredit əldə edib.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında məlumat verib.

Nazir əlavə edib ki, layihə Şəkidə icra olunacaq.