“Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda konfrans keçiriləcək

2023.10.11 13:05 (UTC+04:00)

16-17 noyabr tarixlərində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) məlumatına görə, konfransda beynəlxalq nəqliyyat dəhlizlərinin Avrasiyada iqtisadi inkişafa təsiri, Zəngəzur dəhlizinin açılması və mövcud nəqliyyat sistemlərinə inteqrasiyası, bu sistemlərin inkişaf etdirilməsi və rəqəmsallaşdırılması, dəhliz boyu ölkələrdə innovativ gömrük mexanizmlərinin tətbiqi problemləri müzakirə olunacaq.

Konfransda yerli və xarici dövlət qurumlarının, beynəlxalq təşkilatların, beyin mərkəzlərinin əməkdaşları, alimlər, beynəlxalq nəqliyyat şirkətlərinin rəhbərləri iştirak edəcəklər. Konfrans noyabrın 16-da Zəngilan şəhərində, noyabrın 17-də isə Bakıda keçiriləcək.