2023-cü ilin yanvar-sentyabr aylarında Dövlət Vergi Xidməti xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 22,6% artaraq 12 milyard 810,7 milyon manat təşkil edib. Bu müddətdə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 19,3% artaraq 7 milyard 425,8 milyon manat olub.
Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat paylaşıb.
"Vergi daxilolmalarında müsbət dinamikanı saxlamaq üçün biznes mühitinin şəffaflaşması və vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsində fəaliyyətimiz davamlı olacaq", - nazir əlavə edib.