Bu ilin yanvar-avqust aylarında ölkədə 6 104,7 min kv. metr tikinti şüşəsi istehsal olunub.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal həcmi 22,9 faiz və ya 1 397,9 min kv. metr artıb.
Cari ilin iyul ayı ilə müqayisədə isə avqustda istehsal həcmində 16,4 faiz və ya 121,9 min kv. metr artım qeydə alınıb. Avqust ayında 864,4 min kv. metr tikinti şüşəsi istehsal olunub. Sentyabr ayının 1-nə hazır məhsul ehtiyatı 2 196,8 min kv. metr təşkil edib.