Bu ilin sentyabr ayında ölkə üzrə qatarlarla 631 204 sərnişin daşınıb.
“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq göstəricisindən 46 faiz çoxdur.
“Ümumilikdə isə cari il ərzində QSC tərəfindən 5 milyona yaxın sərnişinə xidmət göstərilib”, - məlumatda bildirilir.