İqtisadiyyat Nazirliyi və ABŞ-nin Harvard Universiteti arasında imzalanmış müqavilə çərçivəsində Azərbaycanda səfərdə olan universitetin Beynəlxalq İnkişaf Mərkəzinin (GROWTH LAB) nümayəndələri ilə Sumqayıt Kimya Sənaye Parkında görüş keçirilib.
İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) verilən məlumata görə, Agentliyin idarə Heyətinin sədri Elşad Nuriyev qonaqlara ölkədə fəaliyyət göstərən sənaye zonaları və aqroparklar, burada sahibkarlar üçün mövcud əlverişli investisiya imkanları barədə məlumat verib.
Görüş çərçivəsində İZİA-nın Peşə Təhsil Mərkəzi ilə mümkün əməkdaşlıq imkanlarının qurulması, sənaye sahəsində birgə fundamental və praktik əhəmiyyətli tədqiqatların aparılması barədə müzakirələr aparılıb.
Sonda qonaqlar Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidenti “Azerfloat” QSC-nin vərəqə şüşə istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olublar.