"İqtisadi zona" proqramının növbəti buraxılışı VİDEO

2023.10.09 14:00 (UTC+04:00)

"İqtisadi Zona", 08.10.2023-cü il

- İpoteka şərtləri Milli Məclisdə müzakirə olundu. İlk olaraq hansı tələblər dəyişdirilə bilər?

- İş vaxtından artıq çalışanların maaşına nə qədər əlavə olunmalıdır? İşəgötürənlər qanunun tələbinə əməl edirmi?

"Dövlət satınalmaları haqqında" yeni qanuna şəffaflığı, dövlət büdcəsindən qənaətli istifadəni təmin edən, nəzarət imkanlarını genişləndirən və elektron satınalmalara tam keçidi əhatə edən bir sıra dəyişikliklər olunub. Mövzu ilə bağlı Günel Bəhramqızının suallarını Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət Satınalmalarına nəzarət şöbəsinin müdiri Əhməd Həsənov cavablandırıb.

Bu və digər xəbərlərlə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ATV kanalı ilə birgə layihəsi olan "İqtisadi zona" proqramının 08 oktyabr 2023-cü il tarixli buraxılışında tanış ola bilərsiniz.