Dövlət büdcəsinin gəlirləri artıb. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd edilib. Hesabatda bildirilir ki, 2019-cu ilin yanvar-aprel aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,6 faiz artaraq 7.521,1 milyon manata, xərcləri isə 21,0 faiz artaraq 7.220,5 milyon manata çatıb. Büdcənin icrasında yaranmış 300,6 milyon manatlıq profisit ümumi daxili məhsulun 1,3 faizinə bərabər olub.