Zədələnmiş və tədavülə yararsız milli pul nişanlarının dəyişdirilməsi ilə bağlı əhalinin müraciətlərinin operativ şəkildə qarşılanması və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən “Nağd pul ofis”lərinin fəaliyyəti davam etdirilir.
Mərkəzi Bankın məlumatına görə, vətəndaşlar AMB-nin Bakı şəhəri, Bülbül prospekti 27 ünvanındakı inzibati binasında yerləşən xidmət ofisinə (saat 10:00-13:00-dək), eləcə də Naxçıvan, Yevlax, Gəncə, Biləsuvar, Quba şəhərlərində yerləşən ərazi idarələrinə (saat 10:00-16:00-dək) milli pul nişanlarının, o cümlədən tədavülə yararsız pul nişanlarının dəyişdirilməsi və ya ekspertizaya təqdim edilməsi üçün müraciət edə bilərlər.
Milli pul nişanlarının dəyişdirilməsi ödənişsiz əsasda aparılır.