Yevlax Pilot Aqroparkda “O BAĞ” MMC və fərdi sahibkar Mirsahib Səmədova rezident statusu verilib. Rezidentlər tərəfindən 35,4 hektar sahədə investisiya həcmi 301,3 min manat olan intensiv meyvə bağları salınacaq, 8 nəfər daimi, 30 nəfər isə mövsümi işlə təmin ediləcək.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında məlumat verib.